Mətbuat Şurasının sədri Əflatun Amaşov tutduğu vəzifədən gedir.
“Unikal”ın əldə etdiyi məlumata görə, Əflatun Amaşov tutduğu vəzifədən getməklə bağlı qərarını yaxın günlərdə açıqlayacaq. Mətbuat Şurasının sədri vəzifəsini İdarə Heyətinin üzvü, "525-ci" qəzetin baş redaktoru Rəşad Məcid icra edəcək.
Məsələ ilə bağlı Əflatun Amaşov "Unikal"a zəng edərək bildirib ki, qurultayın vaxtından bir neçə ay keçdiyi üçün İdarə Heyəti toplanacaq: "İdarə Heyətinin iclasında qurultayın zamanı müəyyənləşəcək. Yeni tərkib formalaşacaq. Sədrin seçilməsi və digər məsələlər qurultayda həll olunacaq".
Seymur Əli