Gəncənin "Kəpəz" futbol komandasının baş məşqçisi Yaşar Vahabzadə ilə müqaviləyə xitam verilib.
"Unikal" xəbər verir ki, bu barədə qərar klub rəhbərliyi ilə görüşdə qəbul olunub.
Görüşdə komandanın nəticələri təhlil olunub və qarşılıqlı razılıq əsasında Vahabzadə, eləcə də məşqçilər korpusuna daxil olan məşqçilərlə müqaviləyə xitam verilib.