ABŞ dolları valyuta səbəti qarşısında son 20 ilin ən yüksək səviyyəsinə yüksəlib. Bu, Federal Ehtiyat Sisteminin sədri Cerom Pauellin artan inflyasiyanın qarşısını almaq üçün faiz dərəcələrinin daha uzun müddət daha yüksək qalacağını açıq şəkildə bildirməsindən sonra baş verib.
"Unikal" xəbər verir ki, bu barədə "Reuters" məlumat yayıb.
"Dollar indeksi avqustun 29-u Bazar ertəsi günü 109,44-ə yüksələrək iki onillikdə yeni rekorda yüksəlib. Bu arada, möhkəmlənən dollar digər əsas valyutaları yeni aşağı səviyyələrə çatdırıb və inkişaf etməkdə olan bazar valyutalarına təzyiq göstərir" , - deyə KİV qeyd edib.