“Barselona”nın futbolçusu Robert Levandovski Kataloniya klubunda ilkə imza atıb.

"Unikal" xəbər verir ki, o, buna ötən gün La Liqanın üçüncü turunda “Valyadolid” klubu ilə matçda (4:0) dubl etməklə nail olub. Nəticədə Levandovski "Barselona"nın heyətində yerli çempionatda çıxdığı ilk 3 matçda 4 qol vurub.

Bununla da 34 yaşlı forvard klubun 21-ci əsrdə belə nəticəyə imza atan ilk futbolçusu olub.