"Mançester Yunayted" in hücumçusu Kristiano Ronaldo "Napoli"yə keçməyə razılıq verib.

"Unikal" xəbər verir ki, bu barədə İtaliyanın "La Gazzeta dello Sport" nəşri məlumat dərc edib. 

Mənbənin sözlərinə görə, portuqaliyalı hücumçunun transferi ilə bağlı sövdələşmə yaxın saatlarda tamamlana bilər.

 ""Napoli" Ronaldonu icarəyə götürəcək, "Mançester Yunayted" isə portuqaliyalı hücumçunun maaşını tam ödəyəcək. Öz növbəsində hücumçu Viktor Osimhen "Napoli"dən Mançesterə yollanacaq. "Mançester Yunayted" onun üçün 100 milyon avro ödəyəcək", - nəşr qeyd edib. 

Ağarza Elçinoğlu