"Serbiya gələn il də Azərbaycandan neft idxal etməyi planlaşdırır və qaz anbarlarındakı qaz ehtiyatlarını maksimuma çatdırıb. Buna görə də ehtiyatlar 60 gündən çox müddətə kifayət etməlidir"
"Unikal" xəbər verir ki, bu barədə Serbiya prezidenti Aleksandr Vuçiç Reuters agentliyinə müsahibəsində deyib. Vuçiç, həmçinin qeyd edib ki, Rusiya yanacağına alternativ axtardığını və Venesuela da daxil olmaqla neft və İndoneziyadan kömür almağı planlaşdırdığını bildirib.
Vuçiç əlavə edib ki, ölkə Çin və İndoneziyadan ölkənin elektrik enerjisinin təxminən 70%-ni istehsal edən istilik elektrik stansiyaları üçün təxminən 2 milyon ton kömür almaq istəyir.