27 ilə 6 min kişiylə sevişdi; ərə gedir
10:46 04-03-2013
CƏMİYYƏT
Böyük Britaniya sakini Nikki Linin 27 yaşı var.
Buna rəğmən o, dünyada ən əcaib rekordun sahibəsi sayıla bilər. Nikkinin dediyinə görə, son 11 ildə 6 min kişi ilə cinsi əlaqədə olub.
Milli.Az Daily Star-a istinadən bildirir ki, İngiltərənin Esseks qraflığında yaşayan və fizioterapevt işləyən Linin sözlərinə görə, 16 yaşından bəri seks düşkünüdür.
"16 yaşım olanda ilk dəfə kişi ilə yatağa girdim və anladım ki, bunu sevirəm. Bəli, kişilər üçün ölürəm, seks xəstəsiyəm. O vaxtdan bəri yatağa girdiyim hər kişi barədə məlumatı cib dəftərçəmə, sonra da noutbukuma yazmağa başladım. 18 yaşımda evi tərk edəndə dəftərçəmdə artıq 800 kişinin adı vardı. 21 yaşım olanda isə yatağa girdiyim kişilərin sayı 2289 nəfərdi", - Li deyir.
25 yaşı olanda yatdığı kişilərin sayı 5 minə çatmış Nikki Linin dediyinə görə, heç zaman bir kişi ilə iki dəfə yatmayıb: "Bəzən bir gecədə 4 kişi ilə yatırdım".
Li deyir ki, indi həyatının eşqini tapıb.
Maykl Eluort adlı 33 yaşlı kişi onu sevir və Li ilə evlənməyə hazırlaşır.
Martın ortalarında Nikki ilə Mayklın toyları olmalıdır.
"Nikkinin keçmişini bilirəm və onun macəraları mənim sevgimə mane ola bilməz. Əminəm ki, Nikki əla həyat yoldaşı olacaq. Evlənəcəyik, gözəl ailəmiz olacaq", - Maykl Love İt jurnalına verdiyi müsahibədə deyib
Digər Xəbərlər
2024-11-23 16:20:57
2024-11-23 15:47:06
2024-11-23 15:40:24
2024-11-23 15:32:41
2024-11-23 14:39:22
2024-11-23 14:14:36
2024-11-23 12:58:51
2024-11-23 12:44:50
2024-11-23 11:53:04
2024-11-23 09:40:24
2024-11-23 09:23:00
2024-11-23 08:53:12
2024-11-22 23:33:36
2024-11-22 22:48:30
2024-11-22 20:35:08
2024-11-22 19:38:04
2024-11-22 18:45:14