Xarici işlər naziri Ceyhun Bayramov I Qarabağ müharibəsində itkin düşmüş azərbaycanlılarla bağlı Ermənistana beynəxalq təzyiq göstərilməsi üçün çağırış edib.
"Unikal" xəbər verir ki, bu barədə xarici işlər naziri Ceyhun Bayramov "Twitter"də yazıb.
"Bu gün Beynəlxalq İtkinlər Günüdür. Demək olar 30 ildir ki, Ermənistanın təcavüzü nəticəsində itkin düşmüş 3890 azərbaycanlının taleyi məlum deyil. Biz beynəlxalq hüquq çərçivəsində öhdəlikləri yerinə yetirmək üçün Ermənistana beynəlxalq təzyiq göstərilməsinə çağırırıq", - deyə nazir bildirib.