Sabah saat 09:00-dan sentyabrın 2-si saat 20:00–a qədər Bakının Qaradağ rayonunun Sahil qəsəbəsinin Məhərrəm Seyidov küçəsində (Bakı-Ələt-Qazax-Gürcüstanla dövlət sərhədi avtomobil yolunun girişindən çıxışına qədər olan hissəsində) nəqliyyat vasitələrinin hərəkəti məhdudlaşdırılacaq.
Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən "Unikal"a verilən məlumata görə, buna səbəb aparılacaq təmir işləridir.
Qurum sürücülərdən öncədən hərəkət istiqamətlərinə uyğun alternativ yollardan istifadə etmələrini tövsiyyə edib, yarana biləcək müvəqqəti narahatlığa görə üzr istəyib.