Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişelin dəvəti ilə Belçika Krallığının paytaxtı Brüsseldə işgüzar səfərdə olan Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin avqustun 31-də Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel və Ermənistanın baş naziri Nikol Paşinyan ilə görüşü başa çatıb.
"Unikal" xəbər verir ki, görüş 4 saatadək davam edib.
19:02
xxx
Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişelin dəvəti ilə Belçika Krallığının paytaxtı Brüsseldə işgüzar səfərdə olan Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin avqustun 31-də Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel və Ermənistanın baş naziri Nikol Paşinyan ilə görüşü keçirilib.
"Unikal" xəbər verir ki, bu barədə Azərbaycan Prezidentinin Mətbuat Xidməti məlumat yayıb.
15:11
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişelin dəvəti ilə Belçika Krallığının paytaxtı Brüsseldə işgüzar səfərdədir.
"Unikal" xəbər verir ki, dövlətimizin başçısı İlham Əliyevin Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel və Ermənistanın baş naziri Nikol Paşinyanla görüşü başlayıb.
***09:21
Bu gün Azərbaycan Prezidenti İlham Əliyev Ermənistanın Baş naziri Nikol Paşinyanla görüşəcək.
"Unikal" xəbər verir ki, görüş Belçikanın paytaxtı Brüsseldə baş tutacaq.
Azərbaycan Prezidenti İlham Əliyevin Brüsseldə Ermənistanın Baş naziri Nikol Paşinyanla görüşü başa çatıb. 🇦🇿💪@azpresident @NikolPashinyan @eucopresident pic.twitter.com/fhqrF72656
— Unikal Media Group (@UnikalOrgPortal) August 31, 2022