Cari ilin iyulunda Azərbaycana idxal olunan avtomobillərin sayı 6189 ədəd, dəyəri isə 80 milyon 761 min ABŞ dolları olub.
Bu barədə "Unikal"a Dövlət Gömrük Komitəsindən məlumat verilib.
Qeyd olunub ki, ötən ay ölkəyə gətirilən avtomobillərin 6-sı sürücü daxil olmaqla 10 nəfər və ya daha çox adam daşımaq üçün nəzərdə tutulmuş motorlu nəqliyyat vasitəsi, 5758-i əsasən adamların daşınması üçün nəzərdə tutulmuş minik avtomobili və digər motorlu nəqliyyat vasitəsi, 411-i yük daşımaq üçün, 14-ü isə xüsusi təyinatlı motorlu nəqliyyat vasitələridir.