Türkiyə televiziyasında gülməli hadisə baş verib.
"Unikal" xəbər verir ki, “A Spor” telekanalının canlı yayımında qəfil pişik peyda olub. İdman jurnalisti Hüseyn Özkök ev heyvanının hücumuna məruz qalaraq çıxışını yarımçıq qoyub.
Belə ki, videoda pişiyin Özkökün oturduğu kresloya necə çıxdığını və pəncəsi ilə jurnalistin başına necə vurduğu əks olunub. Bundan sonra Özköklə aparıcı gülüb.
Özkök instaqram səhifəsində pişiklə olan videonu yayıb. Şərhlərdə bir çox istifadəçi videonun onları güldürdüyünü etiraf edib.