Rusiya prezidenti Vladimir Putin dövlət başçıları arasında telefon danışığı və Ukraynadakı vəziyyətin müzakirəsi zamanı  Amerika lideri Donald Trampı ümidsiz vəziyyətə salıb.

"Unikal" xəbər verir ki, bu fikirləri Avstraliyanın "Sky News" telekanalının jurnalist Maykl Uor bildirib. 

"Putinin geri çəkilməməsi və təslim olmaması iki gün əvvəl Ukraynaya silah tədarükünü dayandırdığını nəzərə alsaq, Trampı çətin vəziyyətə salıb", - o qeyd edib.

Uor qeyd edib ki, hətta ənənəvi olaraq Tramp və respublikaçılara sadiq olan "Fox News" kanalı da ABŞ prezidentinin Putinlə söhbətində uğursuzluğunu etiraf edib.

Donald Tramp Vladimir Putinlə telefon danışığından sonra Ukrayna ətrafında yaranmış vəziyyətdən narazı qalıb. ABŞ prezidentinin sözlərinə görə, sülh prosesində irəliləyiş yoxdur. Tramp əmin edib ki, Vaşinqton Ukraynaya hərbi yardım göstərməkdə davam edir. 

Gülayə Mecid