"Azərbaycanda məmurların gəlir deklarasiyası yoxdur".
Bunu "Unikal"a açıqlamasında iqtisadçı deputat Vahid Əhmədov deyib. Deputat bildirib ki, hər bir məmurun gəlir deklarasiyası olmalıdır.
"Ayın sonunda göstərməlidir ki, nə qədər vəsait əldə edib və haradan qazanıb. Məmur oğurluqla qazandığı vəsaiti orada göstərə bilməz. Ona görə ki, həmin pulun mənbəyi olmalıdır. Bununla bağlı qanun imzalanıb, Nazirlər Kabinetinə verilib ki, normativ sənədlər hazırlasın. Həmin sənəd bu günə kimi hazırlanmayıb. Görünür kimlərəsə sərf edir ki, gəlir deklarasiyası qəbul olunmur".
Seymur Əli