"Elə insanlar var ki, onların maaşları, təqaüdləri və müavinətləri çox aşağıdır".
Bunu "Unikal"a açıqlamasında iqtisadçı deputat Vahid Əhmədov deyib. Deputat bildirib ki, ictimai işlərlə məşğul olan şəxslərə ayda 300 manat maaş verilir.
"Bu, indiki qiymət artımının qarşısında azdır. Həmçinin, 250-300 manat pensiya alanlar var. Onların müəyyən qədər tələbatını ödəmək üçün artımlara ehtiyac var. Aldığım məlumata görə, hazırda hökumətdə bu məsələyə baxılır. Yəqin ki, müəyyən qərarlar veriləcək", - deyə Milli Məclisin üzvü qeyd edib.
Seymur Əli