Fövqəladə hallar naziri, general-polkovnik Kəmaləddin Heydərov mərhum müavini, general-leytenant Nazim Məmmədovun oğlunu və 20-yə yaxın qohumunu işdən çıxarıbmış.
"Unikal"ın əldə etdiyi məlumata görə, onların işdən çıxarılması Kəmaləddin Heydərovun əmlaklarından birinin Nazim Məmmədovun qardaşı arvadının adında olması və geri qaytarılmaması olub.
Bildirək ki, bir neçə gün bundan əvvəl FHN naziri Nazim Məmmədovun oğlunu nazirlikdəki işinə qaytarıb.
Onu da qeyd edək ki, Nazim Məmmədov Kəmaləddin Heydərovun sürücüsü, sonradan isə Dövlət Gömrük Komitəsində və Fövqəladə Hallar Nazirliyində müavini olub.
Orxan Həsənli