Baş nazirin müavini Şahin Mustafayev İranın Azərbaycandakı səfiri Seyid Abbas Musəvi ilə görüşüb.
Bu barədə "Unikal"a Nazirlər Kabinetindən məlumat verilib.
Görüşdə iki ölkə arasında iqtisadi əlaqələr və əməkdaşlıq məsələləri müzakirə edilib. Azərbaycan ilə İran arasında faydalı əməkdaşlığın daha da inkişaf etdirilməsi, həmçinin birgə layihələrin icrasının davam etdirilməsinin əhəmmiyyəti vurğulanıb.