“Cari il ərzində ölkənin 110 yaşayış massivində qazlaşma işləri nəzərdə tutulub ki, bunların da böyük əksəriyyətində proses yekunlaşmaq üzrədir. Qazlaşacaq ərazilərdən 30-u isə meşəətrafı yaşayış massividir”.
"Unikal" xəbər verir ki, bunu SOCAR “Azəriqaz” İstehsalat Birliyinin baş direktoru Ruslan Əliyev “Açıq qapı” aksiyasında jurnalistlərin meşə təsərrüfatının qorunması ilə bağlı verilən suallarını cavablandırarkən bildirib. Baş direktor sıx-sıx ünvanlanan qapı keçidləri və qaz xəttinin yerinin dəyişdirilməsi ilə bağlı suallardan danışarkən qeyd edib ki, abonentlər artıq bu müraciətlərlə bağlı SOCAR “Azəriqaz” İstehsalat Birliyinə deyil, “ASAN xidmət” mərkəzlərinə müraciət etməlidirlər. Sonda SOCAR “Azəriqaz” İB-nin baş direktoru Ruslan Əliyev son günlər abonentlərin mobil telefonuna gələn SMS bildiriş haqqında ətraflı məlumat verib. O, SMS bildirişlərin müqaviləsi olmayan abonentlərə göndərildiyini və bunun istehlakçının öncədən xəbərdar edilməsinə xidmət etdiyini vurğulayıb. Baş direktorun açıqladığı məlumata görə hazırda ölkədə müqaviləsi olmayan abonent bazasının həcmi 25% faiz təşkil edir.