Ələt-Astara magistralında körpü uçdu
11:25 04-03-2013
CƏMİYYƏT
Cəlilabad rayonun ərazisindən keçən Mişarçayın üzərindəki körpü ötən gün axşam saatlarında uçub. Nəticədə Bakı və əks istiqamətdə avtomobillərin hərəkəti dayanıb.
Uzunluğu 20, eni 10 metr olan körpü 5-7 tonluq yük maşınları üçün nəzərdə tutulub.
Bu körpü Ələt-Astara magistralını birləşdirir. İrandan və digər ölkələrdən gələn, 20 tondan çox yükə malik olan maşınlar burdan keçir.
Məlumata görə, bu, körpü ilə bağlı ilk hadisə deyil. Qəza vəziyyətinə düşən körpü bir dəfə də təmirə dayanıb.
Ələt-Astara magistralını birləşdirən körpülərin çoxu sovet dövründən qalmadır və aşağı tonnajlı yük maşınları üçün nəzərdə tutulub.
Hazırda müvafiq qurumların qəza briqadaları hadisə yerinə cəlb olunub. Körpünü bərpa edənə qədər alternativ yol çəkilişi istiqamətində işlər görülür.
Digər Xəbərlər
2024-11-24 00:50:52
2024-11-23 20:52:26
2024-11-23 17:56:44
2024-11-23 17:48:33
2024-11-23 17:45:14
2024-11-23 17:42:09
2024-11-23 17:29:59
2024-11-23 17:16:46
2024-11-23 16:32:33
2024-11-23 16:20:57
2024-11-23 15:47:06
2024-11-23 15:40:24
2024-11-23 15:32:41
2024-11-23 14:39:22
2024-11-23 14:14:36
2024-11-23 12:58:51
2024-11-23 12:44:50