Bakı şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polisi İdarəsi yeni tədris ili ilə bağlı müraciət edib.
Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin baş inspektoru, polis mayoru Araz Əsgərli "Unikal"a bildirib ki, yeni tədris ilinin başlanmasına sayılı günlər qalır, əlavə olaraq çoxları üçün məzuniyyət dönəminin bitməsi paytaxt ərazisində nəqliyyat sıxlığını əhəmiyyətli dərəcədə artırır:
"Hər ötən gün bu proses daha da intensivləşir. Bütün hərəkət iştirakçılarından yollarda diqqəti artırmağı şəhərin real hərəkətini düzgün qiymətləndirməyi hər bir qayda pozuntusunun ümumi vəziyyətə mənfi təsir göstərdiyini unutmamağı xahiş edirik. Dəfələrlə moped, velosiped, skuter kimi nəqliyyat vasitələrinin yolun sağ zolağı ilə hərəkət etməli olduqlarını, təhlükəli manevrlər etməmələrini, təhlükəsizlik üçün şlemlərdən istifadənin vacibliyinin vurğulanmasına, bu qaydaların pozulmasının inzibati məsuliyyətə səbəb olduğunu qeyd etməyə baxmayaraq eyni növ qayda pozuntularının gündəlik xidmətdə tez-tez şahidi olurlar: “Bir daha qeyd etdiyimiz məsələlərə qarşı məsuliyyəti artırmağı özünün və ətrafdakı insanların haqlı narazılıqlarına səbəb olan hallardan çəkinməyi xahiş edirik!”, - deyə A.Əsgərli qeyd edib.