İngiltərənin “Çelsi” klubunun hücumçusu Mişi Batşuayi karyerasını Türkiyənin “Fənərbaxça” klubundan davam etdirəcək.
"Unikal" xəbər verir ki, hücumçu İstanbul təmsilçisi ilə “2+1” sxemi ilə müqavilə imzalayıb.
Qeyd edək ki, futbolçu son mövsümü icarə əsasında “Beşiktaş” klubunda keçirib və Türkiyə çempionatının 33 oyununda 14 qol vurub.