Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin vətəndaşların müraciətlərinin operativ həlli ilə bağlı göstərişlərinə uyğun olaraq Abşeron rayonunda vətəndaş qəbulları keçirilir.
"Unikal" xəbər verir ki, Abşeron Rayon İcra Hakimiyyətinin inzibati binasında və eləcə də rayonun Pirəkəşkül-Qobustan və Fatmayı kəndlərində sakinlərlə keçirilən qəbullarda RİH başçısı Abdin Fərzəliyev, hüquq-mühafizə orqanlarının, xidmət təşkilatlarının rəhbərləri, şəhid ailələri, qazilər və kənd sakinləri iştirak ediblər.
Qəbulda çıxış edən Abdin Fərzəliyev Abşeron rayonunda əhalinin sürətli artımının müşahidə olunduğunu və bununla əlaqədar olaraq bir sıra ehtiyacların meydana gəldiyini, məktəb və bağçalarda sıxlığın yarandığını bildirib. Rayonun kənd və qəsəbələrində olan problemlərin öyrənildiyini və onların tez bir zamanda həlli istiqamətində proqramların hazırlandığını vurğulayan RİH başçısı Abşeronda həyata keçirilən infrastruktur layihələri barəsində məlumat verib.
Sonra çıxış edən sakinlər sənədsiz torpaq sahələrinin sənədləşdirilməsində, kənd ərazisinin içməli su təminatının yaxşılaşdırılmasında, marşrut xəttlərinin müasir standartlara uyğunlaşdıırımasında, elkektrik enerjisinin təminatı istiqamətində layihələrin icra olunmasında, inşası yarımçıq qalmış bağça binasının tikintisinin başa çatdırılmasında, tibb məntəqəsinin təmir olunmasında, təhlükəsizlik kamaralarının quraşdırılmasında və digər məsələlərin həllində köməklik göstərilməsini xahiş ediblər.
Qəbullarda sakinlər tərəfindən qaldırılan məsələlər yerindəcə həll olunub, digərlərinin həlli istiqamətində isə müvafiq tapşırıqlar verilib.