Maliyyə xidmətləri və korrupsiya ilə mübarizəyə cavabdeh olan Britaniya naziri Tulip Siddik ötən il Banqladeşin baş naziri vəzifəsindən kənarlaşdırılan bibisi Şeyx Hasina ilə maliyyə əlaqələri ilə bağlı həftələrlə davam edən mübahisələrdən sonra istefa verib.

"Unikal" xəbər verir ki, Baş nazir Kir Starmerə istefa məktubunda o, nazirlik standartları üzrə müstəqil müşaviri Lori Magnusun məsələni nəzərdən keçirdikdən sonra onun nazirlik qaydalarını pozmadığını təsdiqlədiyini söyləyib

Starmer Siddikə yazdığı məktubda deyib: “İstefanızı qəbul edərək, mən də aydınlaşdırmaq istərdim ki, cənab Lori Maqnus, müstəqil məsləhətçi kimi, məni əmin etdi ki, o, Nazirlər Kodeksinin heç bir pozuntusu və sizin tərəfinizdən səhv davranışla bağlı heç bir maliyyə sübutu tapmayıb".