Azərbaycan Atletika Federasiyasında (AAF) yeni təyinatlar reallaşıb.

"Unikal" xəbər verir ki, bu barədə AAF-ın mətbuat xidməti məlumat yayıb.

11 yanvar 2024-cü il tarixində federasiya prezidenti Cavid Qurbanov, baş katib Məhərrəm Sultanzadə, İcraiyyə Komitəsinin üzvü Şəlalə Yaqubova və Gənclər və İdman Nazirliyinin nümayəndəsi Sevda Mirzəyevanın iştirakı ilə keçirilən görüş zamanı Oktay Mirzəyev Azərbaycan millisinin baş məşqçisi, Michal Poqani isə tullanmalar üzrə məşqçi-məsləhətçisi vəzifəsinə təyin olunub.

Qeyd edək ki, Oktay Mirzəyev baş məşqçi vəzifəsini müvəqqəti icra edəcək.