Müzəffər Ali Baş Komandan, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə xalqımızın qələbə qazandığı 44 günlük Vətən Müharibəsində qəhrəmancasına döyüşərək şəhidlik zirvəsində ucalan abşeronlu igidlər doğum günlərində anılıb.
"Unikal" xəbər verir ki, “Vətən uğrunda”, “Füzulinin azad olunmasına görə”, "Cəbrayılın azad olunmasına görə", “Xocavəndin azad olunmasına görə” medallarına layiq görülən şəhid gizir Rəşidov Ziyəddin Arzu oğlunun 25-ci, "Vətən uğrunda", “Füzulinin azad olunmasına görə” və “Cəsur döyüşçü” medallarına layiq görülən şəhid İsgəndərov Anar Vahid oğlunun 21-ci, "Vətən uğrunda", “Füzulinin azad olunmasına görə” medallarına layiq görülən Məmmədov Tərlan Müşfiq oğlunun 26-cı, "Vətən uğrunda", “Cəbrayıllın azad olunmasına görə”,“Kəlbəcərin azad olunmasına görə”, “Cəsur döyüşçü” medallarına laytiq görülən Həşimov Fuad Ceyhun oğlunun 26-cı, "Vətən uğrunda", “Suqovuşanın azad olunmasına görə”medallarına layiq görülən Müslümov Elşən Habil oğlunun 27-ci doğum günləri qeyd edilib.
Anım tədbirləri ilə əlaqədar Abşeron Rayon İcra Hakimiyyətinin başçısı Abdin Fərzəliyev, RİH başçısının müavini, İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Gülnar Rəhimova, hüquq-mühafizə orqanlarının rəhbərləri, YAP Abşeron Rayon Təşkilatının sədri, şəhid ailələri və qazilərlə birgə Xırdalan şəhərindəki, o cümlədən Saray qəsəbəsindəki Şəhidlər Xiyabanında uyuyan şəhidlərimizin məzarlarını ziyarət edib, vətənimizin bütövlüyü uğrunda canından keçmiş bütün şəhidlərimizin əziz xatirəsi yad edilib, ruhlarına dualar oxuyub, məzarları üzərinə tər çiçəklər düzülüb. Şəhidlərimizin keçdiyi döyüş yolundan danışılıb, onların göstərdiyi hərbi xidmətlərdən və şücaətlərdən bəhs edilib.
Abşeron Rayon İcra Hakimiyyətinin başçısı Abdin Fərzəliyev mərasimlərdə çıxış edərək bildirib ki, ölkəmizdə şəhid ailələrinə və qazilərə dövlət səviyyəsində böyük diqqət və qayğı göstərilir.
Qeyd edilib ki, şəhid ailələri və qazilər həyatlarının hər bir anlarında Azərbaycan Respublikasının Prezident cənab İlham Əliyevin və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın diqqət və qayğısını hiss edirlər.
Vurğulanıb ki, “Dəmir yumruq” ətrafında birləşən Azərbaycan xalqı düşmən üzərində döyüş meydanında şərəfli qələbə qazanaraq torpaqlazrı işğaldan azad edib. Vətən Müharibəsi zamanı şəhidlərimizin qisasının layiqincə alındığı qeyd edilərək bildirilib ki, qəhrəman döyüşçülərimizin adlarının əbədiləşdirilməsi istiqamətində müxtəlif layihələr icra olunub və bu işlər bundan sonra da davam etdiriləcəkdir.
Daha sonra şəhidlərimizin əvvəllər yaşadıqları evlərə gedilərək onların ailə üzvlərinə baş çəkilib, ailələrin qayğıları və problemləri ilə maraqlanılıb.
Şəhid ailələri də öz növbələrində ölkəmizdə onlara dövlət səviyyəsində böyük diqqət və qayğının göstərildiyini vurğulayıb və buna görə Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya təşəkkürlərini ifadə ediblər.
***
Abşeron Rayon İcra Hakimiyyətinin başçısı Abdin Fərzəliyev I qrup Vətən Müharibəsi əlili Mustafayev Hüseyn İlham oğlunun evinə gedərək ona baş çəkib. Rayon İcra Hakimiyyətinin başçısı qazimizin səhhəti, müalicəsi ilə maraqlanıb. Qazimizin ailəsi ilə görüşən Abdin Fərzəliyev onların qayğıları və problemləri ilə maraqlanıb. Ölkəmizdə şəhid ailələrinə və qazilərimizə dövlət səviyyəsində diqqət və qayğının göstərildiyini vurğulayan RİH başçısı qazi Hüseyn Mustafayevə də bundan sonra da daimi diqqətin döstəriləcəyini vurğulayıb.
***
Xalqımızın qələbəsi ilə başa çatan Vətən Müharibəsində şəhidlik zirvəsinə yüksələn Abşeronlu igidlərimizin ailələrinin və qazilərimizin diqqət mərkəzində saxlanılması, qarşılaşdıqları problemlərin aradan qaldırılması, müalicəsinin və istirahətlərinin təşkil olunması istiqamətində Abşeron Rayon İcra Hakimiyyəti tərəfindən həyata keçirilən layihələr davam etdirilir. Abşeron RİH-nin və Naftalan ŞİH-nin birgə təşəbbüsünün davamı olaraq abşeronlu şəhid ailələrindən və qazilərimizdən ibarət növbəti 15 ailə istirahət və reabilitasiya üçün Naftalan şəhərinə yola salınıb. Yola salma zamanı Abşeron Rayon İcra Hakimiyyətinin başçısı Abdin Fərzəliyev şəhid ailələri və qazilərlə görüşüb. Görüşdə bildirilib ki, Müzəffər Ali Baş Komandan, cənab Prezident İlham Əliyevin diqqət və qayğısı ilə şəhidlərimizin xatirəsi daima əziz tutulur və bundan sonra da bu istiqamətdə lazimi işlər görüləcəkdir. Hazırda işğaldan azad olunan dədə-baba yurdlarımızda böyük və surətli yenidənqurma, abadlıq-quruculuq işlərinin həyata keçirildiyi, şəhərlərimizin, kəndlərimizin yenidən qurulduğunu qeyd edən başçı vurğulayıb ki, şəhid ailələrinin və qazilərimizin işğaldan azad olunan dilər güşələrdə istirahətinin təşkili də çox yaxındadır. O da vurğulanıb ki, abşeronlu şəhid ailələrinin və qazilərin istirahətinin təşkil olunması artrıq ənənə hal alıb və bu layihə bundan sonra da davam etdiriləcək.
Tədbirdən sonra xatirə şəkili çəkilib və şəhid ailələri və qazilər yola salınıb.