Xəbər verdiyimiz kimi, bu gün Xudat Polis Bölməsinin əməkdaşı, polis serjantı Elvin Mürsəlzadə Xaçmaz rayonunun Nabran kəndi ərazisində ağır yol qəzası nəticəsində ölüb.

"Unikal"ın əldə etdiyi məlumata görə, E.Mürsəlzadə dostuna aid "Hyundai" markalı avtomobili içkili şəkildə yüksək sürətlə idarə edib. Nəticədə o, yol kənarındakı ağaca çırpılaraq hadisə yerində dünyasını dəyişib.

Adıçəkilən polis serjantının özündən başqa bir qardaşı var, subay olub, onun 27 yaşı var idi.

Ağarza Elçinoğlu