“Zirə” klubu Peşəkar Futbol Liqasına (PFL) rəsmi məktubla müraciət edib.
"Unikal" PFL-in saytına istinadən xəbər verir ki, paytaxt təmsilçisi ev oyunlarını keçirdiyi Zirə İdman Kompleksinin stadionunun ot örtüyünün son yoxlamalar zamanı yararsız vəziyyətdə olduğunu bildirib.
Bakı təmsilçisi bununla bağlı Premyer Liqanın V turunun “Zirə” – “Qəbələ” oyununun “Dalğa Arena”da keçirilməsini xahiş edib. Stadionun vəziyyətini, “Zirə”nin müraciətini nəzərə alan PFL V turun “Zirə” – “Qəbələ” görüşünün “Dalğa Arena”da keçirilməsinə qərar verib.
Məsələ ilə bağlı “Qəbələ” idman klubu və görüşün keçirilməsinə cavabdeh olan digər qurumlar məlumatlandırılıb.
Qeyd edək ki, sentyabrın 4-də keçiriləcək qarşılaşma saat 20:30-da başlayacaq.