Vətən müharibəsi şəhidinin əkiz bacı-qardaşı dünyaya gəlib.
"Unikal" xəbər verir ki, bu barədə Kliniki Tibbi Mərkəzin (KTM) İctimaiyyətlə əlaqələr bölməsinin müdiri Elnur Hidayətoğlu məlumat paylaşıb.
“TƏBİB-in tabeliyində olan Respublika Perinatal Mərkəzində ailənin tək övladı, 44 günlük Vətən müharibəsində şəhid olan Sadiq Vəliyevin əkiz bacı-qardaşı dünyaya gəlib”, - o bildirib.
Qeyd edək ki, Azərbaycan Ordusunun əsgəri Sadiq Vəliyev 2020-ci il oktyabrın 3-də Füzuli rayonu ərazisində döyüş tapşırığını yerinə yetirərkən şəhid olub. Prezidenti İlham Əliyevin müvafiq sərəncamı ilə Sadiq Vəliyev ölümündən sonra “Cəsur döyüşçü”, “Vətən müharibəsi iştirakçısı”, “Kəlbəcərin azad olunmasına görə”, “Cəbrayılın azad olunmasına görə”, “Füzulinin azad olunmasına görə” və “Şücaətə görə” medalları ilə təltif edilib.