Azərbaycanın paracüdo üzrə milli komandasının üzvü İlham Zəkiyev (+90 kq, J1) İtaliyanın Kalyari şəhərində keçirilən Avropa çempionatının qalibi olub.
"Unikal" xəbər verir kiŞ bütün rəqiblərinə qalib gələn Zəkiyev qızıl medal qazanıb.
Azərbaycan millisinin digər üzvləri Zakir Mislimov (90 kq, J1), Xatirə İsmiyeva (+70 kq, J1) və Dürsədəf Kərimova (+70 kq, J2) isə bürünc medala sahib olublar.
Qeyd edək ki, sentyabrın 2-si Namiq Abbaslı və İsmayıl Muradov bürünc medal qazanmışdı. Beləliklə, Azərbaycan millisi 1 qızıl və 5 bürünc olmaqla ümumilikdə 6 medalla Avropa çempionatını tamamlayıb.