"Qarabağ"ın Avroliqadakı rəqiblərindən olan "Frayburq" Almaniya Bundesliqasında növbəti görüşünü keçirib.

"Unikal" xəbər verir ki, komanda Leverkuzendə “Bayer"lə qarşılaşıb. Rəqibini 3:2 hesabı ilə məğlub edən  "Frayburq" xallarının sayını 12-yə çatdırıb.

Bununla da komanda turnir cədvəlində liderliyə yüksəlib. İkinci yeri tutan “Borussiya” Dortmundun da 12 xalı var.