Bu ilin yanvar-iyul aylarında paytaxtın ictimai iaşə dövriyyəsinin həcmi 2021-ci ilin müvafiq dövrü ilə müqayisədə real ifadədə 58,3 faiz artaraq 516,6 milyon manat olub.
Bakı Şəhər Statistika İdarəsindən "Unikal"a verilən məlumata görə, hüquqi şəxslər tərəfindən ictimai iaşə dövriyyəsi 331,2 milyon manat olub ki, bu da ümumi dövriyyənin 64,1 faizini təşkil edib.