İngiltərə Premyer Liqasının 6-cı turunun növbəti oyunları keçirilib.

"Unikal" xəbər verir ki, “Aston Villa” evdə “Mançester Siti”ni qəbul edib. Görüş 1:1 hesabı ilə başa çatıb.

Digər oyunlarda “Çelsi” evdə “Vest Hem”ə, “Tottenhem” isə “Fulhem”ə qalib gəlib.

Qeyd edək ki, hazırda turnir cədvəlinə 1 oyun az keçirən “Arsenal” 15 xalla liderlik edir. “Tottenhem” 14 xalla 2-ci, 1 matç az keçirən “Mançester Siti” isə 3-cüdür.