Salyan Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən narkotik tərkibli bitkilərin kultivasiyası ilə məşğul olan şəxslərin saxlanılaraq məsuliyyətə cəlb olunması istiqamətində əməliyyat tədbirləri davam etdirilir.
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şirvan regional qrupundan "Unikal"a verilən məlumata görə, şöbə əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində qeyd edilən cinayət əməli ilə məşğul olmaqda şübhəli bilinən rayonun Qaraçala kənd sakini Elməddin İsmayılov saxlanılıb.Həmin şəxsin yaşadığı ünvana keçirilən baxış zamanı həyətində olan istixanadan 24 kiloqram 250 qram marixuana və yaş çəkisi 35 kiloqram olan 5 ədəd çətənə kolu aşkarlanaraq maddi sübut kimi götürülüb.
Dindirilmə zamanı E.İsmayılov narkotiklərin kultivasiyası ilə məşğul olduğu etiraf edib.
Faktla bağlı Salyan RPŞ-də cinayət işi açılıb, araşdırmalar davam etdirilir.