Azərbaycanda son sutkada 476 nəfər koronavirusa yoluxub, 3 nəfər ölüb.
"Unikal" xəbər verir ki, Nazirlər Kabineti yanında Operativ Qərargah məlumat yayıb.
Məlumata görə, analiz nümunələri müsbət çıxan 3 nəfər vəfat edib. Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına 476 yeni yoluxma faktı qeydə alınıb, 549 nəfər müalicə olunaraq sağalıb.