"Mehnur" loqopedik reabilitasiya mərkəzinin direktoru saxlanılıb.
"Unikal" apa-ya istinadən xəbər verir ki, direktor Nuranə Hacızadə artıq Nizami rayon Polis İdarəsinin müvəqqəti saxlanma yerinə yerləşdirilib.
Bu gün İşgəncələrə Qarşı Azərbaycan Komitəsinin sədri Tural Hüseynov və müavini Elçin Şirinov direktora və mərkəzin daha iki əməkdaşına baş çəkib.
Qeyd edək ki, sosial şəbəkələrdə Nizami rayonunda yerləşən "Mehnur" loqopedik reabilitasiya mərkəzində azyaşlılara işgəncə verilməsi ilə bağlı görüntülər yayılıb.
Daxili İşlər Nazirliyi tərəfindən müvafiq araşdırma aparılıb və mərkəzin psixoloqu Aytac Kazımlı və mərkəzin direktor köməkçisi vəzifəsində çalışan Səbinə Əliyarbəyli saxlanılıb. Saxlanılan şəxslər barəsindən Cinayət Məcəlləsinin 133-cü (əzab vermə) maddəsi ilə cinayət işi başlanılıb.