Peruda keçirilən gənclər arasında üzgüçülük üzrə Dünya Çempionatında Türkiyənin milli atleti Merve Tuncel qızıl medal qazanıb.
"Unikal" xəbər verir ki, Tuncel Türkiyənin idman tarixində üzgüçülük üzrə ilk dünya çempionu kimi adını tarixə yazdırıb.
Türkiyə Üzgüçülük Federasiyasından verilən məlumata görə, Tuncel paytaxt Limada təşkil edilən yarışda 1500 metrlik sərbəst məsafə üzrə 16:15.95 nəticə əldə edərək, gənclər arasında dünya çempionu olub.
Merve Tuncel, həmçinin 400 metrlik sərbəst məsafədə 4.10.29 göstərici ilə qızıl medal qazanıb.