"Qalatasaray" klubu heyətini daha bir futbolçuyla gücləndirməyə hazırlaşır.

"Unikal" "calciomercatoweb"ə istinadla xəbər verir ki, İstanbul təmsilçisi "Yuventus"un italiyalı mərkəz müdafiəçisi Leonardo Bonuççini sıralarına qatmağa yaxındır. 

Mənbənin yazdığına görə, tərəflər arasında razılıq əldə olunub.

35 yaşlı Bonuççinin qış transfer dövründə "Qalatasaray"ın düşərgəsinə qoşulacağı gözlənilir.

Qeyd edək ki, təcrübəli oyunçu 2018-ci ildən "Yuventus"da çıxış edir.