Daxili İşlər Nazirliyi Nəqliyyatı İntelektual İdarəetmə Mərkəzi paytaxt yollarındakı son vəziyyəti açıqlayıb.

Mərkəzdən "Unikal"a verilən xəbərə görə, hazırda Bakıda sıxlıq olan küçə və prospektlər aşağıdakılardır:

1. Heydər Əliyev prospekti kənar yol, mərkəz istiqamətində;
2. Heydər Əliyev prospekti əsas yol, mərkəz istiqamətində;
3. Ziya Bünyadov prospekti, Müzəffər Nərimanov küçəsi ilə kəsişmədən 20 Yanvar m/st istiqamətində;
4. Bakı-Sumqayıt şosesi, 20 Yanvar m/st istiqamətində;
5. Binəqədi şosesi, Azadlıq prospekti m/st istiqamətində;
6. Koroğlu Rəhimov küçəsi, Gülarə Qədirbəyova küçəsindən Ak. Həsən Əliyev küçəsi istiqamətində;
7. Neftçilər prospekti, Azneft dairəsi istiqamətində;
8. Qara Qarayev prospekti, Qara Qarayev m/st-dan Koroğlu m/st istiqamətində;
9. 20 Yanvar dairəsində sıxlıq müşahidə olunur.