Bu ilin avqust ayında Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinə məişət zorakılığı ilə bağlı 73 müraciət edilib.
"Unikal" xəbər verir ki, bu barədə komitə məlumat yayıb.
Bildirilib ki, onların 62-si qadın, ikisi kişi və doqquzu uşaqdır.
Müraciətlərin 40-ı psixoloji, 32-si fiziki və biri cinsi zorakılıqla bağlı olub.
Müraciət edənlərdən 42 nəfəri əri, 12 nəfəri keçmiş əri və 10 nəfəri valideynləri tərəfindən zorakılığa məruz qalıb.