II ixtisas qrupu üzrə Azərbaycan Dövlət Aqrar Universitetinin boş qalan plan yerlərinə ixtisas seçimi etmək hüququ olan abituriyentlərin nəzərinə! 

"Unikal" xəbər verir ki, sentyabrın 7-dək ixtisas seçimi aparılan 2022/2023-cü tədris ili üçün ali təhsil müəssisələrinin boş plan yerlərinin siyahısına Azərbaycan Dövlət Aqrar Universitetinin aşağıda qeyd olunan ixtisası əlavə edilib:

 

Bu ixtisas üzrə kadr hazırlığı Türkiyənin Ege Universiteti ilə birgə aparılır və beynəlxalq ikili diplom proqramı Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 16 noyabr tarixli 711 nömrəli Sərəncamı ilə təsdiq edilmiş “2019-2023-cü illər üçün Azərbaycan Respublikasında ali təhsil sisteminin beynəxalq rəqabətliliyinin artırılması üzrə Dövlət Proqramı” çərçivəsində maliyyələşdirilir.