Dərs ilinin başlanması ərəfəsində Bakının kirayə mənzil bazarında canlanma yaranıb. Ali təhsil müəssisələrinə yaxın ərazidə ev axtaran tələbələr də baha qiymətə təklif olunan evlərlə qarşılaşırlar.
Bunu “Unikal”a açıqlamasında Bakıda Daşınmaz Əmlakın alqı-satqısı, kirayəsi məsələləri ilə məşğul olan "M ESTATE" agentliyinin rəhbəri Məcid Məcidov deyib.
Onun sözlərinə görə, 15-20 gün qabaq 300-350 manata təklif olunan evlərin qiyməti bu gün 400-450 manata təklif olunur.
“Kirayə mənzillərin qiymətlərində 15-20 % artım hiss olunur. Nəzərə alsaq ki, yeni tədris ilinin başlamasına sayılı günlər qalıb. Hazırda şəhərə tələbə axını müşahidə edilir. Hər kəs qəbul olduğu Ali məktəblərə yaxın ərazidə ev axtarır. Bu zaman ev sahibləri də bahalaşmadan istifadə edir. Tələbələr üçün münasib qiymətə kirayə ev tapmaq artıq çətinləşib”.
Məcid Məcidov onu da bildirib ki, günlük kirayə mənzillərin qiymətlərində isə azalma müşahidə edilir.
Gülayə Mecid