Bakıda 4-cü Azərbaycan Beynəlxalq Müdafiə “ADEX” və 13-cü Beynəlxalq Daxili Təhlükəsizlik, Mühafizə və Xilasetmə “Securex Caspian” sərgisi keçirilir.

"Unikal" xəbər verir ki, sərgiyə qatılan generallar Müdafiə Sənayesi Nazirliyinin və sərgidə iştirak edən xarici ölkələrin pavilyonları ilə tanış olaraq müzakirələr aparıblar.

Sərgi ilə tanış olanlar arasında Azərbaycan Ordusunun Baş Qərargah rəisi, general-polkovnik Kərim Vəliyev, Əlahiddə Ümumqoşun Ordu komandanı, general-polkovnik Kərəm Mustafayev, Azərbaycan Respublikası müdafiə nazirinin müavini - Hərbi Hava Qüvvələrinin komandanı general-leytenant Ramiz Tahirov, Raket və Artilleriya Qoşunları Komandanı general-mayor Ağamir Sultanov və digər generallar var.

Fotolar: Ayxan Məlikov