"Xahiş edirəm fərdi yaşayış evimdəki qaz sayğacının yerinin dəyişdirilməsində bizə köməklik göstərəsiniz."
"Unikal" xəbər verir ki, şəhid ailəsi Dürdanə Mahmudova SOCAR "Azəriqaz" İstehsalat Birliyinin Gəncədə keçirdiyi "Açıq mikrofon" aksiyasında bu cür müraciətlə çıxış edib. Şəhərin Tofiq Bağırov küçəsində yaşayan Eldar Həsənov da eyni müraciətlə aksiyaya üz tutanlar arasında olub. Tofiq Bağırov küçəsinin digər sakini Mahirə İbayeva fərdi yaşayış evinin önündən keçən qaz xəttinin yerinin dəyişdirilməsini xahiş edib. "Səyyar qəbul otağı"nda ümumilikdə 14 müraciət səslənləndirilib. Müraciətlər arasında, həmçinin küçə xətlərinin çəkilməsi, sonradan ödənişli (mexaniki tipli) qaz sayğacının öncədən ödənişli (smart-kart tipli) qaz sayğacı ilə əvəz edilməsi də yer alıb. "Açıq mikrofon" aksiyasında SOCAR "Azəriqaz" İB-nin Gəncə Regional qaz istismarı İdarəsinin rəhbər şəxsləri səslənən problem və təkliflərin aidiyyəti üzrə yönləndiriləcəyini qeyd ediblər.