ATƏT-in Minsk qrupunun ABŞ-dan olan həmsədri, ABŞ-ın Qafqaz danışıqları üzrə xüsusi nümayəndəsi, səfir Filip Riker bu həftə Cənubi Qafqaz ölkələrinə səfər edəcək.
"Unikal" xəbər verir ki, bu barədə Dövlət Departamentinin mətbuat xidmətinin rəhbərinin müavini Vedant Patel brifinqdə bildirib.
O, qeyd edib ki, bu, onun yeni vəzifədə ilk səfəri olacaq.
"Ümid edirik ki, regiona səfərlər müntəzəm olacaq. O, bu axşam yola düşəcək və səfər çərçivəsində Ermənistan, Gürcüstan və Azərbaycana səfər edəcək. O, üç ölkənin yüksək vəzifəli şəxsləri ilə görüşlər keçirərək regiondakı əsas məsələləri, həmçinin mübahisəli məsələlərin konstruktiv həlli üçün yardım və birbaşa iştirak imkanlarını və regional əməkdaşlığı müzakirə edəcək", - Patel bildirib.