Bakının Tbilisi prospekti ilə Azər Əliyev küçəsinin kəsişməsində yol hərəkətinin təşkilinə dəyişiklik edilib.
"Unikal" bu barədə Bakı Nəqliyyat Agentliyinə istinadən xəbər verir.
Məlumata görə, yolun buraxıcılıq qabiliyyətinin və piyadaların hərəkət təhlükəsizlik səviyyəsinin artırılması məqsədilə svetoforun daimi sağa dönməyə icazə verən əlavə bölməsi ləğv edilib və ən sağ zolaqda yol nişanlanmasına dəyişiklik edilərək düzünə və sağa hərəkətə icazə verilib.
Sürücülərdən dəyişikliyi nəzərə almaqlarını və dəyişikliyə uyğun olaraq yol hərəkəti qaydalarına riayət etmələrini xahiş edilir.