Avtomatik stansiyalardan əldə edilən məlumatlara əsasən, ölkə üzrə atmosfer havasında həm qaz qarışıqlarının, həm də dispers toz hissəciklərinin miqdarı norma daxilində olub.
Milli Hidrometeorologiya Xidmətinin əməkdaşı Gülnarə Abbasova "Unikal"a bildirib ki, ölkə ərazisində havanın yağıntılı keçməsi hava keyfiyyətinə öz müsbət təsirini göstərib.
G. Abbasova onu da qeyd edib ki, hava proqnozlarını, faktiki hava şəraitini, hava keyfiyyətinə dair monitorinq məlumatlarını meteo.az saytından əldə edə bilərsiniz.