Siyasi partiyanın maliyyə fəaliyyətinə nəzarət edəcək qurumlar müəyyənləşir.
"Unikal" xəbər verir ki, bu barədə yeni hazırlanan "Siyasi partiyalar haqqında" yeni qanun layihəsində qeyd olunub.
Layihədə vurğulanıb ki, siyasi partiya tərəfindən dövlət maliyyə yardımının xərclənməsinə nəzarət Azərbaycan Respublikasının Hesablama Palatası tərəfindən həyata keçiriləcək.
Siyasi partiyanın digər maliyyə fəaliyyətinə nəzarət Mərkəzi Seçki Komissiyası tərəfindən həyata keçiriləcək.