Maliyyə hesabatı barədə pozuntunu növbəti ildə təkrarlayan siyasi partiyaya 3 il ərzində dövlət maliyyə yardımı ödənilməyəcək.
"Unikal" xəbər verir ki, bu barədə yeni hazırlanan "Siyasi partiyalar haqqında" qanun layihəsində bildirilib.
Layihədə qeyd edilib ki, maliyyə hesabatı müvafiq qaydada təqdim edilmədikdə siyasi partiyaya həmin ilin qalan rübləri üzrə dövlət maliyyə yardımı ödənilməyəcək.
Bu pozuntu növbəti ildə təkrarlandığı halda siyasi partiyaya həmin ilin qalan rübləri üzrə, həmçinin növbəti 3 il ərzində dövlət maliyyə yardımı ödənilməyəcək.