Dünya şöhrətli fotoqraf Reza Deqati işğaldan azad edilmiş Laçında erməni vandalizminin əməllərini video lentə alıb.

"Unikal" xəbər verir ki, gördüklərindən dəhşətə gələn Deqati ermənilərin azərbaycanlılara məxsus qəbirlərdə qızıl diş axtarışına çıxdıqlarını və qəbirləri bu səbəbdən talan etdiklərini vurğulayıb.

“Ermənilər əksər qəbirləri qazıyaraq kəllə sümüklərini götürüblər. Çünki, azərbaycanlıların ənənələrinə görə, adətən qızıl dişləri olan insanlar elə həmin qızıl dişlərlə dəfn olunurlar. Ermənilər bütün Qarabağ ərazisində qızıl dişlər axtarıblar. Mən 18 aydır Qarabağda qəbirlərin fotolarını çəkirəm. Bir salamat qəbir belə qalmıyıb”, - deyə Reza Deqati qeyd edib.