Azərbaycan Turizm və Menecment Universiteti məzunlarının doğma ali təhsil müəssisəsinin müəllim-inzibati heyətində təmsil olunma imkanları məqsədli ənənəyə çevrilib.
"Unikal" xəbər verir ki, hazırda ATMU-nun çoxsaylı məzunu universitetin bölmə və şöbələrində rəhbər və cavabdeh kadr statusunda fəaliyyət göstərirlər. Bugünlərdə isə daha 2 məzunumuz-İranə Məmmədcanova və Aytac Babayeva Beynəlxalq əlaqələr şöbəsində fəaliyyətə başlayıblar. Qeyd etmək lazımdır ki, 2016/2017–ci tədris ilində Türkiyə Cümhuriyyətinin Akdeniz Universitetində Mevlanə Mübadilə Proqramı çərçivəsində təhsil alan tələbə-məzun İ. Məmmədcanova ATMU-nun Beynəlxalq əlaqələr şöbəsində Türkiyə təhsil proqramları üzrə koordinator, A.Babayeva isə Avstriya–Azərbaycan Turizm Proqramının( AATP) ATMU üzrə koordinatoru təyin olunub.
İndiyədək ATMU məzunlarından 278 nəfər, eyni zamanda AATP proqramını uğurla başa vurub. Yəni iki diplomlu məzunlarımız istər ölkəiçi, istərsə də xarici ölkələrin nüfuzlu turizm təşkilatlarında ixtisaslı kadr kimi fəaliyyətdədirlər. Qeyd edək ki, cari tədris ilində Azərbaycan Turizm və Menecment Universiteti tələbələrindən 52 nəfər AATP –nın bakalavr pilləsində təhsillərini davam etdirirlər.